Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 30-də axşam saatlarından başlayaraq gecəyarısına kimi atəşkəs rejimini pozub. Erməni ordusu mayın 30-da saat 21.30-dan 22.10-dək Goranboyun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında, saat 22.05-dən 22.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 22.35-dən 22.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini, eləcə də mayın 31-də saat 00.00-dan 00.05-dək Ermənistanın Noyemberyan rayonu ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi sahəsindəki mövqelərini, avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur. /ANS PRESS/