Ermənistan silahlı qüvəlləri iyulun 1-də saat 23.00-dan başlayaraq iyulun 2-i səhər saatlarına kimi fasilələrlə atəşkəs rejimini yenidən pozub. Erməni ordusu Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində, eləcədə Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.