Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələri, iyulun 11-də, saat 13:25-dən gecə saatlarına qədər fasilələrlə, Xocavəndin Kuropatkino, Goranboyun Tapqaraqoyunlu, Tərtərin Çiləbürt, eləcə də, Ağdamın Şurabad kəndlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub. İtki yoxdur. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb./ANS TV/