Reklam verin!
     
 

Garabagh

DO NOT FORGET GARABAGH !!!

İlham Əliyevin Qarabağ bölgəsinə səfəri başa çatıb

Ağdam, Ağcabədi, Beyləqan və Füzulidə olub

Bu gün prezidenti İlham Əliyevin Qarabağ bölgəsinə səfəri başlayıb. Dövlət başçısı və xanımı Mehriban Əliyeva Horadiz şəhərində böyük səmimiyyətlə qarşılanıblar. İlham Əliyev əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, parkla tanış olub. Ona son aylarda parkda aparılan yenidənqurma işləri barədə məlumat verilib. Horadiz şəhərinin ən uca nöqtəsində Azərbaycanın dövlət bayrağı ucaldılıb.

Horadizdə olan prezident İlham Əliyev şəhərə təbii qazın verilməsi bərpa olunması münasibəti ilə keçirilən tədbirdə də iştirak edib. Dövlət başçısı Ağdam, Ağcabədi, Beyləqan və Füzuli rayonlarının, o cümlədən Horadiz şəhərinin qaz təchizatı sxemi ilə tanış olub.
“Azəriqaz” QSC-nin sədri Əlixan Məlikov bildirib ki, Horadizdə 2050 evin qazlaşdırılması nəzərdə tutulub. Hələlik 300 evə mavi yanacaq verilir. Prezident Horadiz şəhərinə təbii qazın verilməsinin bərpasını bildirən məşəli alovlandırıb.
Prezident bu gün həmçinin Horadizdə tibb mərkəzinin tikintisinin gedişi ilə tanış olub. Gələn il istifadəyə veriləcək üç korpusdan ibarət mərkəzdə qəbul otağı, stasionar şöbə, rentgen kabineti, laboratoriya, əməliyyat bloku, reanimasiya və doğum şöbələri olacaq. Mərkəzin daimi elektrik enerjisi təchizatı, qazanxana və camaşırxanası olacaq. Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən və ən müasir tibbi avadanlıqla təchiz ediləcək mərkəzdə ətraf bölgələrdən gələnlərə də tibbi xidmət göstəriləcək.
Dövlət başçısı rayondaxili yolların, o cümlədən Horadiz şəhərini 4 kəndlə birləşdirən yolun bərpası, rayon icra hakimiyyəti üçün yeni binanın tikintisi, evlərin bərpası və digər vacib məsələlərin həlli üçün əlavə vəsait ayrılacağını deyib.


Bookmark and Share
Garabagh     Oktyabr 5, 2008 0:30
Şərhlər(0)    40 oxunma
Bölməsiz    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Garabagh
Do not forget GARABAGH !!!
Qarabağı unutma !!!
  • İndi blogda: 1
  • Keçən ayın hiti: 3265
  • Dünənki hit: 139
  • Bugünki hit: 85
  • Ümumi hit: 19697

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com