Reklam verin!
     
 

Garabagh

DO NOT FORGET GARABAGH !!!

Azərbaycanlı əsgərinin cəsədi qaytarıldı

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.
Azərbaycanlı əsgər Orxan Şamilovun cəsədi bu gün Azərbaycanın müvafiq hakimiyyət orqanlarına təhvil verilib. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb. Əməliyyat Azərbaycanın Ağdam rayonu ərazisində BQXK-nın himayəsi altında həyata keçirilib.
BQXK-nın Cənubi Qafqazda əməliyyatlar üzrə rəhbərinin müavini Nadin Baqı deyib ki, "Həyat yoldaşını, atanı və ya oğlu torpağa tapşırmaq ailənin iztirablarına son qoymaq üçün mühümdür".

Xatırladaq ki, noyabrın 16-da gecə saatlarında cəbhənin Füzuli istiqamətində, təmas xəttində atəşkəsin pozulması səbəbindən atışma başlayıb. Gecənin qaranlığına baxmayaraq, döyüş növbəsi çəkən əsgər Şamilov Orxan Fərhad oğlu əks tərəfdən gələn atəşi susdurmağa çalışıb. Atışma bir neçə dəqiqə davam etdikdən sonra o, atəş aça-aça düşmənə doğru irəliləyib. Bu zaman əsgər O.Şamilov düşmənin iki əsgərini öldürüb, sonda onun özü də həlak olub. Orxan Şamilov Tərtərin Buruç kəndində anadan olub. O, bu ilin aprel ayında Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. /ANS PRESS/

ALLAH  RƏHMƏT  ELƏSİN !!!


Bookmark and Share
Garabagh     Noyabr 19, 2008 16:29
Şərhlər(0)    1 oxunma
Bölməsiz    

ATTAF erməni uydurmalarını ifşa edəcək

QayNar: Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan Türkiyə Tarix Araşdırmaları Fondunun (ATTAF) Himayəçilər Şurasının 2-ci toplantısında iştirak edib. Bu toplantıda Azərbaycanla Türkiyə arasındakı strateji əməkdaşlıq, ermənilərin hər iki ölkə əleyhinə apardıqları uydurma siyasətin ifşası, bu yöndə məqsədyönlü siyasətin aparılması ilə bağlı məsələləri müzakirə olunub. ATTAF-ın səmərəli fəaliyyət göstərcəyinə, hazırlanmış sənədlərin təkcə ölkələrimiz üçün deyil, bütün beynəlxalq təşkilatlar üçün də gərəkli materiallar olacağına inam ifadə olunub. Həmçinin bildirilib ki, ATTAF-ın təşəbbüsü ilə 2009-cu ilin iyunun 9-10-da 1-ci beynəlxalq Azərbaycan-Türkiyə Tarix Konfransı keçiriləcək. Konfransda bu istiqamətdə gələcək fəaliyyət müəyyənləşdiriləcək, dünyaya yeni çağırışlar göndəriləcək. Birgə tarixi araşdırmalarla bağlı fəaliyyətin davam etdirilməsilə yanaşı ermənilərin türklərə qarşı tarix boyu törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması üçün filmlər çəkiləcək, yeni nəşrlər buraxılacaq.

Toplantının ardından ATTAF Himayəçilər Şurasınün üzvləri mətbuat konfransı keçiriblər. Mətbuat konfransında qeyd olunub ki, iyunda keçiriləcək 1-ci beynəlxalq Azərbaycan-Türkiyə Tarixi Konfransına Avropa və Amerikanın nüfuzlu universitetlərinin alimləri dəvət edilib. Konfransın keçirilməsində əsas məqsəd ermənilərin törətdikləri hadisələri elmi şəkildə sübut etmək, region xalqlarının sülh və əmin-amanlıqla yaşamalarına mane olan problemlərin həllinə dəstək verməkdir.

ATTAF rəhbərliyi həmçinin Bakı Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə görüşərək öz fikirlərini bölüşüblər.

Məlumat üçün bildirək ki, Asim Mollazadə ATTAF-ın Himayəçilər Şurası sədrinın beynəlxalq məsələlər üzrə müavinidir. // T.İsmayılov, QayNar


Bookmark and Share
Garabagh     Noyabr 19, 2008 15:37
Şərhlər(0)    1 oxunma
Bölməsiz    

Ermənistanda geniş Dağlıq Qarabağ müzakirələri keçiriləcək

 “Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində xüsusi pozitiv və mühüm əhəmiyyət daşıyır”. Bu fikirləri Ermənistan Milli Təhlükəsizlik Şurasının Artur Bağdasaryan deyib. O, Azərbaycan və Ermənistanın son 14 il ərzində ilk dəfə birgə sənədə imza atmasını müsbət qiymətləndirib: “Bu sənəd münaqişənin nizamlanması formatının dəyişdirilməsinin mümkünsüz olduğunu bir daha təsdiqləyir. Bu xüsusilə vacib məqamdır. Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin zəruriliyini ortaya çıxarıb. Gürcü-osetin münaqişəsi göstərdi ki, münaqişələrin hərbi yolla həlli mümkünsüzdür, bu əsrdə münaqişələr yalnız qarşılıqlı güzəştlə əsasında sülh yolu ilə həll olunmalıdır”.
Artur Bağdasaryan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanda geniş ictimai müzakirələr keçiriləcəyini bildirib: “Çünki, bu məsələdə erməni xalqı da öz sözünü deməlidir”. // APA

Bookmark and Share
Garabagh     Noyabr 19, 2008 15:34
Şərhlər(0)    0 oxunma
Bölməsiz    

Milli Orduda daha bir işgəncə faktı

 

Əsgəri döyə-döyə öldürdülər.QayNar: Bərdə rayon hərbi komisarlığından həqiqi hərbi xidmətə çağrılmış adıçəkilən rayonun Yeni Həyat kənd sakini Aqşin Bolu oğlu Məmmədzadə Füzuli rayonunda qulluq etdiyi N saylı hərbi hissədə döyülərək öldürülüb.
Bu barədə məlumatı «Bizim Yol»a mərhum əsgərin atası Bolu Məmmədov verib. Onun sözlərinə görə, hadisə noyabrın 12-də olub: «Bizə xəbər verdilər ki, övladınız  vəfat edib». Amma uşağın ölümündən bir gün əvvəl həyat yoldaşımla yanına getmişdik. Oğlumun heç bir problemi yox idi. Səhəti də normal idi. İndi bizə deyirlər ki, oğlum guya, mənim oraya apardığım yeməklərdən zəhərlənib. Biz uşağın meyidinə baxanda işgəncə izləri açıq-aşkar görünürdü».
B.Məmmədov deyir ki, oğlunun cənazəsini dəfn etməzdən əvvəl onun üzərindəki işgəncə izlərinin video və foto çəkilişini aparıblar.
Öldürülən əsgərin atasının təqdim etdiyi fotodan göründüyü kimi əsgər Aqşin Məmmədovun bədənində çoxsaylı işgəncə izləri var.
Artıq Bərdədən seçilən millət vəkili Zahid Oruc baş verən dəhşətli olayla bağlı Hərbi Prokurorluğa və Müdafiə Nazirliyinə müraciət edib. // Pərviz Həşimli, "Bizim Yol"


Bookmark and Share
Garabagh     Noyabr 19, 2008 15:32
Şərhlər(0)    1 oxunma
Bölməsiz    

QARABAĞ DANIŞIQLARINDAN İKİ BƏD XƏBƏR


Ermənilər razılaşmanın dekabrda imzalanacağını, Kremlə yaxın deputat isə “DQR”-in müstəqil olacağını iddia edir.Dağlıq Qarabağ problemi gələn ay həll oluna bilər. Bu iddia ilə Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurabyan çıxış edib. “Novosti-Armeniya” agentliyinin xəbərinə görə, Zurabyan deyib ki, razılaşmanın yaxında olduğunu Moskva bəyannaməsi, həmsədrlərin regiona səfəri, intensiv diplomatik təmaslar və bir-birinin ardınca verilən bəyanatlar təsdiq edir. Onun sözlərinə görə, münaqişənin nizamlanmasında əsas məsələ prinsiplərin razılaşdırılmasıdır, qalan məsələlər isə texniki xarakter daşıyacaq. Zurabyan deyib ki, Ermənistan müxalifətini hazırkı danışıqların bəzi məqamları narahat edir. Lakin o, hansı məqamlardan söhbət getdiyini deməyib.

“Əgər bu məqamlar razılaşmada əksini tapmasa, Ermənistan müxalifəti onu tanımayacaq”-deyə Zurabyan bildirib.

Ermənistanda hakim Respublika Partiyasından deputat Eduard Şarmazanov isə Moskva bəyannaməsinə imza atanlar arasında “DQR prezidenti”nin olmaması barədə davam edən tənqidlərlə bağlı deyib ki, bu formatda danışıqların aparılması və sənədin imzalanması Rusiyanın təklifi idi. Şarmazanov bildirib ki, Rusiyanın regionda maraqları var və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında o, öz maraqlarını nəzərə alır: “Yaxşı olardı ki, Dağlıq Qarabağ da həmin sənədə tərəf kimi  imza ataydı. Ancaq indiki halda Ermənistanın iki variantı olub: ya bu formatda danışıqlarda iştirak etmək və sənədi imzalamaq, ya da Moskva danışıqlarını boykot etmək. İkinci variant o demək olardı ki, Ermənistan münaqişənin dinc yolla həllinə tərəfdar deyil”.

Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsi sədrinin birinci müavini, Moskvadaki MDB İnstitutunun rəhbəri Konstantin Zatulin Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş açıqlama ilə çıxış edib. “Novosti-Armeniya” agentliyinin xəbərinə görə, o deyib ki, Dağlıq Qarabağ müstəqil dövlət olacaq və tanınacaq. Kremlə yaxın fiqur sayılan Zatulinə görə Dağlıq Qarabağın de-yure tanınmaması nə qədər davam etsə də bu adda dövlət artıq mövcuddur. Üstəlik, müasir dünyada mühüm element olan demokratik sistemə malikdir. Zatulin Qarabağda dəfələrlə seçkilərin keçirildiyini, hakimiyyətin ayrı-ayrı şəxslərə keçdiyini, Azərbaycanda isə bunun baş vermədiyini deyib:

“Dağlıq Qarabağ tanınmağa doğru gedir, doğrudur, bu mürəkkəb prosesdir, ancaq Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacaq. Bakıdakı siyasətçilərə də bu məsələ aydındır. Onlar indi müəyyən çərçivədən çıxa bilmirlər, ancaq Dağlıq Qarabağın tanınmasının əvəzində 7 rayonun boşaldılması kimi priz var”. Zatulin “Rusiya Dağlıq Qarabağı tanımağa hazırdırmı” sualına “əlbəttə, bu mərhələdə yox” cavabını verib. “Əgər Ermənistan özü Dağlıq Qarabağı tanımırsa, o zaman belə sualla Rusiyaya müraciət etmək düzgün olmazdı”. // Yeni Müsavat


Bookmark and Share
Garabagh     Noyabr 19, 2008 15:29
Şərhlər(0)    1 oxunma
Bölməsiz    

Erməni tərəfi Azərbaycan əsgərinin meyitini qaytarmağa hazırdır

Bu prosesdə Beynəlxalq Qızıl Xaç komitəsinin nümayəndələri vasitəçilik edəcək.«Arminfo» informasiya agentliyinin yaydığı məlumata əsasən, qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi cəbhə xəttində şəhid olmuş Azərbaycan əsgəri Orxan Şamilovun meyitini verməyə hazırlaşır, lakin bu prosesin dəqiq nə vaxt baş tutacağı hələlik açıqlanmır.
Azərbaycanın müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə ANS PRESSə bildirib ki, Azərbaycan Milli Ordusunun qəhrəmancasına həlak olmuş əsgərinin meyitinin döyüş bölgəsindən götürülməsi istiqamətində danışıqlar hələ ki, davam etdirilir.
Xatırladaq ki, noyabrın 16-da gecə saatlarında cəbhənin Füzuli istiqamətində, təmas xəttində atəşkəsin pozulması səbəbindən atışma başlayıb. Gecənin qaranlığına baxmayaraq, döyüş növbəsi çəkən əsgər Şamilov Orxan Fərhad oğlu əks tərəfdən gələn atəşi susdurmağa çalışıb. Atışma bir neçə dəqiqə davam etdikdən sonra o, atəş aça-aça düşmənə doğru irəliləyib. Bu zaman əsgər O.Şamilov düşmənin iki əsgərini öldürüb, sonda onun özü də həlak olub. Əldə etdiyimiz məlumata görə, düşmən öz meyitlərini sürüyüb aparsa da, əsgərimizin meyiti düşmənə çox yaxın olan ərazidə qalıb. İndi Müdafiə nazirliyi meyiti həmin ərazidən götürməyə çalışır. Qeyd edək ki, əsgər Orxan Şamilov Tərtərin Buruç kəndində anadan olub. O, bu ilin aprel ayında Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Bookmark and Share
Garabagh     Noyabr 19, 2008 15:22
Şərhlər(0)    0 oxunma
Bölməsiz    

Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdən atəşə tutulub

Atışma gecə saatlarında da davam edib.Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-də Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi ərazisində, İcevan rayonunun Berkaber və Azatamut kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Aşağı Əskipara, Bağanes Ayrım, Qızılhacılı, Cəfərli, kəndləri ərazisində yerləşən mövqelərini atəşə tutub. Həmçinin, Goraboy rayonunun Gülüstan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Tərtərin Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, Ağdamın Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən ordumuzun mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gecə də ermənilər atəşkəsi pozublar. Noyabrın 19-na keçən gecə fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Alxanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, Ağdamın Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən, Tərtərin Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, Ağdamın Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutulub. Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur. /ANS PRESS/

Bookmark and Share
Garabagh     Noyabr 19, 2008 15:18
Şərhlər(0)    0 oxunma
Bölməsiz    

Bu gün cəbhə xəttində monitorinqdir

Monitorinq Tovuz rayonunun Muncuqlu kəndi yaxınlığında olacaq.
Bu gün ATƏT, Azərbaycanın Tovuz rayonunun Mincuqlu kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Vladimir Çountulov və İrji Aberle keçirəcək./ANS PRESS/

Bookmark and Share
Garabagh     Noyabr 19, 2008 15:16
Şərhlər(0)    1 oxunma
Bölməsiz    

«Sülh sazişinin hazırlanması üçün vaxt çərçivəsi qoyulmamalıdır»

Yuri Merzlyakov: «Çünki icrası məcburi olan sülh razılaşmasının prinsip və ayrı-ayrı maddələri tərəflər üçün aydın olmalıdır»

«ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin hüquqi nöqteyi-nəzərdən qüsursuz həllini tapmağa çalışırlar». ANS PRESS-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov İrəvanda keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmsədrlərin vəzifəsi münaqişədə iştirak edən tərəflərin hamısını qane edəcək həll variantını axtarmaqdır. Rusiyalı həmsədrin fikrincə, təqdim olunacaq variantla bağlı tərəflərlərin razılığının alınması vacibdir.
Yuri Merzlyakov deyib ki, Azərbaycanın rəsmi şəxsləri «Moskva bəyannaməsi» ilə bağlı müsbət bəyanatlar verirlər: «Bəyannamənin imzalanması onu göstərir ki, hər bir tərəf sənəddə özü üçün müsbət məqamlar görür. Əks təqdirdə, onun imzalanması mümkün olmazdı. Azərbaycanın tərəfinin şərhi ilə sənədə Ermənistandakı münasibətin üst-üstə düşməsini gözləmək çətindir. Üstəlik, Dağlıq Qarabağın da öz baxışı var».
Rusiyalı həmsədr bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin xarici işlər nazirlərinə vasitəçilərin  iştirakı ilə baza prinsiplərinin razılaşdırılması istiqamətində səylərin artırılması barədə tapşırıq verməsi müsbət haldır.O bəyan edib ki, nizamlama prosesi kifayət qədər uzundur: «1992-ci ildən indiyədək danışıqlar prosesi müxtəlif mərhələlərdən keçib. Hər bir mərhələdə müxtəlif variantlar mövcud olub və onlar indikindən fərqlənir». Həmsədrin sözlərinə görə, münaqişənin həllinin hazırda müzakirə olunan baza prinsipləri üzərində  sıx işlər 2005-ci ildən başlayıb: «Tərəflərin baza prinsiplərinin hazırlanmasına razılıq verməsi sülh razılaşmasının işlənməsi demək deyil. Onun hazırlanması müəyyən vaxt tələb edir. Bu zaman icrası məcburi olan sülh razılaşmasının prinsip və ayrı-ayrı maddələri tərəflərə aydın olmalıdır». Bu baxımdan, Ykri Merzlyakov hesab edir ki, yekun razılaşmanın hazırlanması üçün vaxt çərçivəsi qoyulmalıdır. /ANS PRESS/


Bookmark and Share
Garabagh     Noyabr 17, 2008 23:10
Şərhlər(0)    1 oxunma
Bölməsiz    

Erməni əsgərləri azərbaycanlıların yaşadığı məntəqələri intensiv atəşə tutub

Atışma nəticəsində Şıxarx kəndinin sakinlərinə məxsus mal-qara tələf olub

Bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Tərtər rayonunun cəbhə xəttində yerləşən Həsənqaya və Çaylı kəndləri yaxınlığındakı mövqelərindən hər iki yaşayış məntəqəsini və Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, atışma fasilərlə üç saatadək davam edib. Nəticədə Şıxarx kəndinin sakinlərinə məxsus mal-qara tələf olub. /ANS PRESS/


Bookmark and Share
Garabagh     Noyabr 17, 2008 23:07
Şərhlər(0)    1 oxunma
Bölməsiz    

  Yazılar cəmi: 209    Sonrakı səhifə »
Garabagh
Do not forget GARABAGH !!!
Qarabağı unutma !!!
  • İndi blogda: 3
  • Keçən ayın hiti: 3246
  • Dünənki hit: 97
  • Bugünki hit: 40
  • Ümumi hit: 14665

AddThis Feed Button
Add to Technorati Favorites


  © Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com